Yoluxanların bu günə olan SAYI
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 yeni yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. Aktiv xəstə sayı 1965 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5528, bu günə qədər isə ümumilikdə 6 628 447 test icra olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=171688