“3+3” formatında növbəti görüşə qərar verilib

12.03.2022 - 17:43

“Azərbaycan “3+3” əməkdaşlıq platformasını dəstəkləyir. Artıq “3+3″ formatı üzrə ilk iclas keçirilib”.

 

Modern.az xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət HacıyevKİV nümayəndələrinə açıqlamasında bildirib.

 

H.Hacıyev qeyd edib ki, region ölkələri olaraq ilk növbədə problemləri özümüz həll etməliyik:

 

“Əməkdaşlıq üçün olan böyük potensialı bir araya gətirməliyik. Buna Azərbaycan-Türkiyə-İran arasında son nəqliyyat anlaşmasını misal göstərmək olar. Bu, bizim regionumuzla bərabər digər regionlara, o cümlədən Mərkəzi Asiyaya böyük fürsətlər təqdim edir. Ona görə də bu platforma çərçivəsində böyük əməkdaşlıq üçün fürsətlər və imkanlar var. Amma hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, “3+3” formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə “3+3” formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171695

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031