Bu il Bakcell şəbəkəsinin Qarabağda genişlənməsinə qoyulacaq investisiya həcmi 23 milyon manata çatacaq

04.03.2022 - 18:28

Bakı. Trend:

Bakcell işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata çatdıracaq. Bununla da 2022-ci ilin sonuna qədər Qarabağda qurulmuş baza stansiyalarının sayı 100-ü keçəcək.

Hazırda Bakcell şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.

 

Bakcell Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Short URL: http://www.cumhuriyyet.net/?p=171735

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728