Milli Məclisdən Prezident və birinci xanıma TƏBRİK
Milli Məclisin sədri Sahibə Qafarova parlament üzvlərini İlaxır çərşənbə və Novruz bayramı münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, spiker Milli Məclisin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubları göndərməsini təklif edib.
Təklif deputatlar tərəfindən alqışla qarşılanıb.
Spiker Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=171770