“Dənizçilərə Sosial Dəstək” İB sorğu keçirib

17.03.2022 - 10:33
Respondentlərdən əksəriyyəti şəhid və qazi ailələrinə göstərilən dövlət dəstəyindən razılıq ediblər
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yadımı ilə “Şəhid və qazi ailələrinin sosial problemlərinə dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonun Sabirabad kəndində 100 nəfər kənd sakini arasında “Şəhid və qazi ailələrinə dövlət dəstəyi sizi qane edirdirmi”- deyə sorğu keçirib.
Heftelik.az-ın məlumatına görə, sorğunun nəticəsi 18-35, 36-50 və 50 yaşdan yuxarı sakinlər arasında 3 pillədə müəyyən olunub.
Sorğuda 81 kişi, 19 qadın iştirak edib. Onlardan 13 nəfəri ali, 16 nəfəri orta-ixtisas, 71 nəfər isə orta təhsillidir. Sorğu iştirakçılarının 22 nəfəri 18-35 yaş, 46 nəfəri 36-50 yaş, 32 nəfəri isə 50 yaşdan yuxarıdır.
“Şəhid və qazi ailələrinə dövlət dəstəyi sizi qane edirdirmi”-  sualına cavab olaraq respondentlərdən 37 nəfəri dövlət dəstəyinin yüksək səviyyədə, 42 nəfəri qənaətbəxş, 21 nəfəri isə dəstəyin nisbətən az olduğu fikrində olub.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930