Rusiya Müdafiə Nazirliyindən Azərbaycana etiraz: “Əvvəlki mövqelərə qayıtmaq lazımdır…”

26.03.2022 - 22:10

“Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ ərazisindəki məsuliyyət zonasına daxil olub”.

Bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyi çıxış edib.

Həmin açıqlamada bildirilir:

“Azərbaycan Respublikasının silahlı qüvvələri martın 24-dən 25-dək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub. Bundan əlavə, Azərbaycan qoşunları “Bayraktar TB2” pilotsuz uçan aparatları ilə Fərrux qəsəbəsi ərazisində “DQR” bölmələrinə dörd zərbə endirib”.

Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür.

“Azərbaycan tərəfinə qoşunların çıxarılması ilə bağlı çağırış göndərilib”, – deyə məlumatda bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=172166

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728