Rusiya XİN-dən Azərbaycanı hədələyən deputata ETİRAZ

29.03.2022 - 18:00

Dövlət Dumasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Mixail Delyaqinin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir, qəbuledilməzdir.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bir müddət əvvəl Delyaqin Rusiyanın telekanallarından birinin efirində Azərbaycanın neft sənayesinə nüvə zərbələri endirməyi təklif edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, bu bəyanat “heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir. Biz istənilən belə bəyanatları qəbuledilməz hesab edirik”, – Zaxarova məsələyə münasibətini açıqlayıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib. Mixail Delyaqin iddia edir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=172312

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728