Şoyqu NATO-nu HƏDƏLƏDİ: “Adekvat reaksiya veriləcək!”

29.03.2022 - 21:32

Bir sıra NATO ölkəsinin Ukraynaya döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri vermək planları reallaşarsa, Rusiya “adekvat reaksiya” verəcək.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində deyib.

“Biz ayrı-ayrı NATO ölkələri rəhbərlərinin Ukraynaya aviasiya və hava hücumundan müdafiə sistemləri tədarük etmək niyyətləri barədə bəyanatlarını izləyirik. Bu bəyanatlar reallaşarsa, biz adekvat cavab verəcəyik”, – Şoyğu vurğulayıb.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Boris Conson NATO-nun Brüssel sammitindən sonra demişdi ki, Qərb müttəfiqləri Rusiyanın hücumundan qorunmaq üçün Ukraynaya ölümcül hərbi yardımın artırılması üzərində işləyirlər. Onun sözlərinə görə, bu əlavə yardım çox güman ki, tanklara və təyyarələrə şamil edilməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=172359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728