Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadan DANIŞDI

30.03.2022 - 17:48

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə dövlət katibinin müavini – Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Hippi ilə görüşüb.

XİN-dən Modern.az-a verilən məlumata görə, görüşdə Böyük Britaniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edilib və iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, investisiya, enerji, işğaldan azad edilmiş ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri, o cümlədən alternativ enerji mənbələri və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İki ölkə arasında iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlərin məmnunluq doğurduğu qeyd edilib və Birləşmiş Krallığın Azərbaycanda ən böyük birbaşa xarici sərmayədar olduğu vurğulanıb.

Azərbaycan ilə Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin bu il qeyd olunduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın Böyük Britaniya ilə əlaqələrə önəm verdiyini, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

Nazir Ceyhun Bayramov post münaqişə mərhələsində azad edilmiş ərazilərdə mövcud olan vəziyyətdən danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində imzalanmış birgə bəyanatların icrası ilə bağlı məsələlər, azad olunmuş ərazilərdə üzləşdiyimiz mina təhdidi və bu təhlükə ilə aparılan mübarizə barədə qarşı tərəfə ətraflı məlumat verib. O, hazırkı mərhələdə işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb. Nazir, Böyük Britaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni, eləcə də bu ərazilərin yenidənqurulması və bərpası işlərində iştirakının ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Ceyms Hippi Azərbaycana ilk səfəri çərçivəsində Azərbaycan Prezidenti ilə keçirilən görüşü məmnunluqla vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verdiyi qeyd olunub.

Görüşdə tərəflər Ukraynadakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=172405

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728