Kiyev Moskva ilə razılaşır – İstanbulda müzakirə olunan 4 PRİNSİP

30.03.2022 - 19:02

Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski dünən keçirilən İstanbul danışıqlarının təfərrüatlarını açıqlayıb.

Modern.az xəbər verir ki, o, Ukraynanın Rusiyanın fundamental tələbləri ilə “prinsipcə” razılaşdığını bildirib.

“Dünən uzun illərdən sonra ilk dəfə olaraq Kiyev hakimiyyəti Rusiya ilə razılığa gəlməyə hazır olduqlarını bəyan etdi. Onlar bizə gələcək mümkün müqavilənin kağız üzərində yazılmış prinsiplərini təhvil verdilər”, – deyə Medinski qeyd edib.

Onun sözlərinə görə, bu prinsiplər aşağıdakılardır:

1. Ukraynanın neytral statusunun müəyyənləşdirilməsi, NATO-ya daxil olmaqdan imtina edilməsi;

2. Nüvə silahlarından və digər kütləvi qırğın silahlarından imtina edilməsi;

3. Ölkə ərazisində xarici hərbi bazaların və hərbi kontingentlərin yerləşdirilməsindən imtina edilməsi;

4. Hərbi təlimlərin yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirilməsi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172418

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930