“Hacıoğulları“ mebel fabriki vətəndaşı necə aldadıb?

30.03.2022 - 20:44

“3 aydır ki, A.M. Şərifzadə küçəsi 233 ünvanında yerləşən “Hacıoğulları” mebel fabrikinin satış mağazasından aldığımız divan və 2 kreslonu geri qaytara bilmirik”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Xəzər rayonu, Binə qəsəbə sakini Səyyad Ağayevin deyib. Vətəndaş deyir ki, “Hacıoğulları” şirkətinin sosial şəbəkə hesablarında reklam olunan mebel dəsti görüb və həmin məhsulun eynisini sifariş edib: “Qiyməti 2400 manata təklif olunan bu mebel dəstini endirimlə əvvəlcədən ödəniş etmək şərtilə 1900 manata almağa razılaşmışdıq. Sonradan peşman olduq, çünki bizə saxta endirim etməklə keyfiyyətsiz və qüsurlu mebel təhvil verdilər. Şirkətin sosial şəbəkə hesabında reklam olunan mebeldən fərqli olaraq, divanın tikişləri açılımış, kreslolar səliqəsiz işlənilmiş, parça silikonla yapışdırılmış və ayaqları düzgün kəsilməmişdi. Bütün mebellərə 2 il yazılı zəmanət verildiyini sosial şəbəkə hesablarında qeyd etdikləri halda, bizə heç bir zəmanət talonu verilməyib. Bunu satış müdiri Elsevər Səfərovdan tələb etdikdə bildirdi ki, biz özümüz elə zəmanətik. Özü də gəlib mebelə baxdı və istehal qüsuru olduğunu dedi. Əlavə etdi ki, mebeldə olan qüsurları aradan qaldırılıb sizə təhvil verəcəyik. Mən isə razılaşmadım. Dedim ki, onsuz da gördüyünüz iş göz qabağındadır. Tikişlərin açılması, parçanın silikonla yapışdırılması işin peşəkar usta tərəfindən görülmədiyini göstərir. Silikonla yapışdırılan hissələr əslində tikilməli idi. Kreslolar da videoda təqdim edildiyi kimi tikilməyib. Bizə iki günlük divanın restovrasiya olunmuş variantı lazım deyil. Qəti şəkildə tələb etdik ki, bizə keyfiyyətsiz mebeliniz lazım deyil və geri götürün”.
Səyyad Ağayevin sözlərinə görə, Elsevər Səfərov rəhbərliklə danışdıqdan sonra bildirib ki, mebelin qaytarılması mümkün deyil: “Ona bildirdim ki, Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunu təsdiq edib. Bununla sahibkarlığın inkişafına dövlət dəstəyi verildiyi halda, siz qanundan sui-istifadə etməklə vətəndaşları dövlətdən narazı salırsız. İstehlakçı hüquqlarının kobud şəkildə pozulması vətəndaşlarda dövlətə inamsızlıq yaradır. Bunula bağlı KİV-ə və müvafiq orqanlara şikayət edəcəyimi dedim. Elsevər Səfərov da dedi ki, buyurun, kimə istəyirsinizsə şikayətinizi edin, bizi belə şeylərlə qorxuda bilməzsiz”.
Vətəndaş qeyd edib ki, məsələ ilə əlaqədar 6 yanvar 2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib. Lakin müraciətinə iki ay sonra cavab gəlib: “Bu qurum müraciətdə göstərdiyim faktları araşdırma aparmadan sadəcə formal bir cavab yollayıb”.
Qaynarinfo vətəndaşın müraciəti ilə əlaqədar “Hacıoğulları” firmasının satış müdiri Elsevər Ağayevlə əlaqə saxlayıb. O, Səyyad Ağayevə mebel satıldığını etiraf etsə də, vətəndaşın ittihamlarının əsassız olduğunu bildirib: “Əvvəla, sifariş vaxtında icra olunub. Təhvil-təslim aktı tərtib olunub. İkincisi, qüsur istehsal qüsuru deyil. Müştəri 2-3 ay sonra bizə yazıb ki, mebeldə qüsurlar var. Mən və bir əməkdaşımız gəlib baxış keçirdik. Məlum oldu ki, titkişlərdə atmalar var və bu istehsal qüsuru deyil. Əgər məhsul gələndə bu qüsur var idisə, niyə təhvil-təslim aktını imzalayırdı? Bununla belə, biz yenə mebeli təmir edəcəyimizi dedik. Hətta müştəri dedi ki, qapının girişində “pufik” düzəltdirmək istəyirəm. Dedik ki, onu da sizə hədiyyə edərik. Üzərindən iki gün keçdikdən sonra müştəri əlaqə saxladıq, mebeli götürməyə. Lakin razılşamadı, divanı qaytarmaq istədiyini bildirdi. Mən isə dedim ki, şikayətiniz varsa, müvafiq quruma şikayət edin”.
Elsevər Ağayev əlavə edib ki, müştəri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdikdən sonra firma da həmin quruma müvafiq məlumatları bütün detalları ilə verib: “Həmin qurum da baxdı və gördü ki, biz haqlıyıq. Əks təqdirdə bizə sanksiya tətbiq edərdilər”
Satış müdirinin sözlərinə görə, bu məsələdə firmanın heç təqsiri yoxdur: “Müştəri iittihamlarının əsaslı olduğunu iddia edirsə, buyursun məhkəməyə versin”.
Qaynarinfo İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə də əlaqə saxlayaraq ortaya çıxan suallara cavab almağa çalışıb. Amma “Hacıoğulları” firmasına operativ cavab verən qurum hansı səbəbdən müştərinin şikayətinə 2 ay sonra reaksiya verib, problem niyə yerində araşdırılmayıb və məhsula baxış keçirilməyib” sualımıza cavab almaq mümkün olmayıb.

Seyid

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172447

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031