Paşinyan Əliyevlə qarşıdakı görüşdən danışdı

31.03.2022 - 14:56

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə gözlənilən görüşdən danışıb.

Modern.az-ın məlumatına görə, Nikol Paşinyan martın 31-də hökumətin iclasında deyib ki, o, həmin görüşdə sülh danışıqları prosesinin başlanması ilə bağlı bütün məsələləri müzakirə edib razılaşdırmağa ümid edir.

Paşinyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə, eləcə də Qarabağda vəziyyətin sabitləşdirilməsi ilə bağlı təkliflərə sadiqdir. Onun sözlərinə görə, sözügedən ərazilərdə həm silahlı, həm də psixoloji təxribatlara son qoyulmalıdır.

Qeyd edək ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172471

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031