“Erməni silahlıları Azərbaycan ərazisindən çıxarılmalıdır”

31.03.2022 - 15:28

“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına əməl edir. Qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara cavab vermək lazımdır. Erməni birləşmələr Azərbaycan ərazisindən çıxarılmalıdır”.

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, erməni silahlılarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilməlidir”, – dövlət başçısı deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=172506

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728