Azərbaycan və Səudiyyə Ərəbistanı XİN başçıları telefonla danışıb

31.03.2022 - 20:49

Martın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud arasında telefon danışığı olub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər müqəddəs Ramazan ayının gəlişi münasibətilə qarşılıqlı təbriklərini çatdırıb və bu ayın bütün müsəlman aləmi üçün xeyirli olmasına dair arzularını ifadə ediblər.

Tərəflər iki ölkə arasında əməkdaşlıq və qardaşlıq münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və bu xüsusda məmnunluq bildiriblər.

İki ölkə arasında hazırda icra olunan birgə layihələrə dair razılıq ifadə olunub, həmçinin Hökumətlərarası Birgə Komissiyanın ötən ilin dekabr ayında keçirilmiş iclasının nəticələrinin məmnunluq doğurduğu qeyd edilib. İqtisadi və sərmayə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensialın olduğu vurğulanıb.

C.Bayramov Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətinin Azərbaycanda külək elektrik stansiyasının tikintisi ilə bağlı layihəsinə məmnunluqla istinad edib və həmkarına Azərbaycanın alternativ enerji baxımından böyük potensialı ilə bağlı məlumat verib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.
Nazir keçmiş münaqişə ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən dəstəyi minnətdarlıqla vurğulayıb.

C.Bayramov səudiyyəli həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud dəvətə görə təşəkkürünü bildirib və dəvəti məmnuniyyətlə qəbul etdiyini söyləyib.

Telefon danışığı zamanı nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172571

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930