Azərbaycan və Özbəkistan arasında sənədlər İMZALANDI

01.04.2022 - 19:11

Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci il üçün “Yol xəritəsi”nin imzalanması mərasimi keçirilib.

Hər iki sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Qanunverici orqanların rəhbərləri bu sənədlərin parlamentlər arasında əməkdaşlığın daha da dərinləşməsinə, qanun yaradıcılığında təcrübə mübadiləsinin genişlənməsinə əsaslı töhfə verəcəyinə inamlarını ifadə ediblər.

Qeyd olunub ki, qanunverici orqanlar arasında münasibətlərin inkişafı ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172631

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031