AMEA-nın ümumi yığıncağı keçiriləcək

01.04.2022 - 22:46


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda AMEA-nın prezidenti v.i.e, akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.

Əvvəlcə akademik Arif Həşimov akademik Şahin Mustafayevə 60, AMEA-nın müxbir üzvü Novruz Quliyevə və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tamilla Həsənovaya 70, AMEA-nın müxbir üzvü Vaqif Quliyevə isə 65 illik yubileyləri münasibətilə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

İclasda gündəliyə çıxarılan ilk məsələ AMEA-nın növbəti Ümumi yığıncağının keçirilməsi haqqında olub.

Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrin hesabatının dinlənilməsi nəzərdə tutulur.

Bir sıra təşkilati müzakirələrdən sonra Rəyasət Heyəti AMEA-nın Nizamnaməsinə uyğun olaraq, AMEA-nın növbəti Ümumi yığıncağının cari ilin aprel ayının 22-də keçirilməsini məqsədəuyğun hesab edib və AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətlərin Ümumi yığıncaqda sərgilənməsinə dair müvafiq tapşırıqlar verilib.

İclasda, həmçinin AMEA rəhbərliyinin bölmələrin elmi ictimaiyyəti ilə görüşləri zamanı verilmiş təkliflərə uyğun olaraq, AMEA-nın elmi bölmələrinin və Rəyasət Heyəti aparatının strukturunun təkmilləşdirilməsi, “AMEA-nın 2021-ci ildəki fəaliyyəti haqqında hesabat məcmuəsi”nin çapı, AMEA-da 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul, 27 mart – Elm günü münasibətilə Rəyasət Heyəti aparatının bir qrup əməkdaşının, o cümlədən Mikrobiologiya İnstitutunun 50 illik yubileyi ilə əlaqədar sözügedən müəssisənin bir sıra əməkdaşlarının AMEA-nın Fəxri fərmanı ilə təltif edilməsi haqqında müvafiq qərarlar verilib.

Bundan əlavə, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının tərkibində qismən, eləcə də Dendrologiya İnstitutunun Elmi şurasının tərkibində dəyişikliklər edilib.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172662

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031