Ermənistandan sülhlə bağlı ciddi mesajlar alırıq – XİN başçısı

02.04.2022 - 14:36

Regionda kommunikasiyaların açılması, Azərbaycanla-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası üçün İşçi Qrupunun yaradılmasının labüdlüyü barədə Azərbaycan tərəfinin təklifləri barədə bugünkü görüşümüzdə italiyalı həmkarımı məlumatlandırdım.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, italiyalı həmkarına Ermənistana sülh sazişi üzrə verilən təklif və həmin sazişin təməl baza prinsipləri ilə bağlı Azərbaycanın fevral ayından bəri təqdim etdiyi təkliflər barədə məlumat verib:

“Son günlər Ermənistan tərəfdən müxtəlif şəxslərdən bu istiqamətdə müsbət mesajlar alırıq. Güman etmək istərdim ki, bu həqiqətən də ciddi bir yanaşmanın təzahürüdür. Hər hansı ictimai məlumatlandırma kampaniyası deyil. Azərbaycan öz mövqeyini açıq şəkildə ifadə edib. Əgər Ermənistan həqiqətən də bu proseslə ciddi məşğul olmağa hazırdırsa, Azərbaycan buna qarşılıq verməyə, konkret addımlar atmağa hazırdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172685

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930