Paşinyan ata evinə getdi – Baş naziri qınadılar

02.04.2022 - 19:22

Ermənistanın baş nazir Nikol Paşinyanın dünən axşam saatlarında doğulduğu İcevan şəhərinə getdiyi barədə məlumat yayılıb.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, onunla İcevana yalnız qızı Şuşan Paşinyan gedib, ailənin digər üzvləri baş nazirin yanında olmayıb.

Qəzet yazıb ki, Ermənistan və Qarabağda gərginliyin yaşandığı zamanda belə, baş nazir həyatdan həzz almağı xoşlayır. Ermənistan KİV-ləri gəzməyindən qalmayan Nikol Paşinyanın sosial şəbəkələrdə qınandığını yazıb.

Qeyd edilir ki, hazırda Paşinyanın İcevandakı evində heç kim yaşamır. Onun ögey anası Yercanik ərinin ölümündən sonra aylar əvvəl Rusiyaya gedib.

Polis Nikol Paşinyanın ata evini daim gözləmədə saxlayır. Paşinyanın dünən İcevan səfərini polis maşınları müşayiət edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=172737

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728