İlham Əliyev Orbanı qələbəyə görə təbrik edib

05.04.2022 - 16:54

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana məktub göndərib. Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Baş nazir,

Ölkənizdə keçirilmiş parlament seçkilərində başçılıq etdiyiniz koalisiyanın yenidən qələbə qazanması münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Biz Azərbaycan-Macarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı sıx dostluq və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=172909

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728