İslam Abbasov: “Prezident əlimi sıxıb dedi ki, Qubadlıda mənə söz vermişdin”

10.04.2022 - 14:05

“Cənab Prezident Avropa çempionatı haqqında ətraflı məlumat verdikdən sonra hamı ilə tək-tək görüşdü. Mənə çatıb salam verəndə əlimi möhkəm sıxdı. Dedi ki, yadımdadır, Qubadlıda mənə söz vermişdin, səni təbrik edirəm”.

Cumhuriyyet.az xəbər verir ki, bunu “Report”a açıqlamasında açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Prezident İlham Əliyevlə görüş barədə danışarkən deyib.

87 kq-da çıxış edən idmançı ölkə başçısının bütün idmançıları diqqətdə saxladığını bildirib: “Mən də öz növbəmdə soruşdum ki, yadınızda qalmışam. Cavab verdi ki, elə şey olar, çıxışlarını izləyirəm. Prezidentlə Qubadlıda görüşəndə söz vermişdim ki, yarışlarda qazandığım uğurları Sizə həsr edəcəyəm”.

Abbasovun sözlərinə görə, Prezident İlham Əliyevin güləşçiləri qəbul etməsi onlar üçün böyük həvəs və stimuldur: “Yarışlarımızı izləyir, bizə dəyər verir. Son Avropa çempionatındakı erməni təxribatı haqqında danışdı. Gələcək yarışlarda da qələbə qazanmalıyıq ki, cənab Prezidenti, xalqımızı sevindirək. Görüş zamanı bildirdi ki, güləş bizim dədə-baba idmanımızdır. Gənclər və İdman Nazirliyinə, həmçinin Azərbaycan Güləş Federasiyasına tapşırıq verdi ki, bu idman növünə xüsusi diqqət yetirin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=173234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728