Zəhmətiylə ucalan insan

12.04.2023 - 09:17

Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Zəhmət bütövlükdə insan cəmiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından biri Neftçala rayon Bankə qəsəbəsində anadan olan Bayramov İsbat İslam oğlunun bu gün doğum günüdür.

Gənc olmasına baxmayaraq onu tanıyanların və elinin hörmətini qazanan İsbat bəy öz zəhmətsevərliyi, alicənablığı və xeyirxahlığı haqda ucadan danışmağı, etdiyi yaxşılıqları aləmə bəyan etməyi qətiyyən xoşlamır. Onun xeyriyyəçiliyindən faydalanan insanların heysiyyatının hər hansı sıxıntıya məruz qalmasını istəməyən «sağ əlin verdiyini sol əl bilməz» kəlamında ehtiva olunan prinsipinə daim riayət edir. Düşünürük ki, İsbat bəy kimi xeyirxah, zəhmətkeş, haqqsevər insanlardan gənclər nümunə, ibrət götürməlidir. Arzu edək ki, İsbat qardaşımızın ömrü uzun, canı sağ olsun, ölkəmizin tərəqqisinə, xalqımızın rifahının yaxşılaşması işinə daha çox töhfə versin. Amin

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173347

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031