Deputat: Gəlin, ana dilimizi xalqımıza atalıq missiyasını xilaskarlıqla yerinə yetirən dahi Heydər Əliyev kimi sevək!

18.04.2022 - 13:21

Dil zəngin mədəniyyəti özündə birləşdirən ictimai hadisədir və eyni zamanda, xalqın həyat tərzini ifadə edən böyük dəyərdir. Dahi Pifaqor bildirirdi ki, bir xalqın xarakterini bilmək istəyirsənsə, əvvəlcə onun dilini öyrən.
Keçmiş SSRİ və ondan əvvəlki dönəmlərdə ana dilimiz məqsədli şəkildə sıxışdırlararaq, ünsiyyətimizi belə dəyişmək cəhdi ilə qorxulu vəziyyət almışdı. İttifaq dövlətinin Konstitusiyasının qəbulundan sonra bu dövlətdə təmsil olunan respublikaların milli dillərinin təcrid olunma prosesi daha da güclənmişdi. Belə bir şəraitdə ana dilinin inkişafı ilə bağlı çətinliklər özünü qabarıq biruzə verməyə başladı. Hətta ittifaq respublikalarının rəhbərləri buna etiraz etməkdə, ana dili məsələsinin milliləşdirilməsi prosesini gündəmə gətirməkdə aciz qalmışdılar. Lakin ulu öndər Heydər Əliyev xalqına baglılıgını nümayiş etdirərək bu siyasətə qarş çıxmış, öz mövqeyini böyük qətiyyət və cəsarətlə bildirmişdi.
Xatırladım ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən dahi Heydər Əliyevin təklifi ilə Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dili qəbul edildi.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat qeyd edib ki, dilimizə dövlət dili statusunun verilməsi şübhəsiz ki, ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. Ümummilli lider bununla gələcək müstəqil dövlətin milli rəmzlərindən birinin əsasını məharətlə qoyaraq milliləşmə prosesinə məqsədli şəkildə start verdi.
Müstəqillik illərində də dahi şəxsiyyət tərəfindən dilimizin qorunması istiqamətində ciddi işlər görüldü, 1995-ci ildə müxtəlif təkliflər və uzun müzakirələrdən sonra ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Beləliklə, dilimizin inkişafı istiqamətində daha mühüm bir fəaliyyət gerçəkləşdirildi. Həmçinin 2001-ci il iyunun 18-də ulu öndər Heydər Əliyev tərəfindən dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalandı. Bu mühüm sənəd dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik idi.
Qeyd edilənlərlə yanaşı, ümumilli lider Heydər Əliyevin dilimizin zənginləşmə və inkişafı prosesində əvəzsiz xidmətlərindən biri də 2001-ci il 9 avqust tarixli fərmanına əsasən hər ilin 1 avqustu ölkəmizdə Azərbaycan dili və əlifbası Günü kimi qeyd edilməsi oldu.
Dövlət dilinin əhəmiyyətli dərəcədə inkişafı və davamiyyəti istiqamətində gerçəkləşdirilən önəmli fəaliyyətlər, atılan mühüm addımlar bugünkü ana dilimizin yaşanmasına, qorunub saxlanılmasına əvəzsiz təsir göstərdi.
Ulu öndər Heydər Əliyevin ana dilinə olan baglılıgı və sevgisi onun nitqlərində də hər zaman öz əksini tapırdı. Ümumilli liderin “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” ifadəsi düşünürəm ki, hər birimizin yaddaş kitabçası olmalıdır.
Biz Vətəni necə sevməyi Heydər Əliyevdən öyrəndiyimiz kimi, dilimizi də onun kimi yaşatmalıyıq, onun kimi sevməli və qorumalıyııq.
Rəşad Mahmudov sonda bildirib ki, Azərbaycan dili həm də bizə ona görə müqəddəsdir ki, bizə bu dillə danışmagı anamız öyrədib. Ana dili kimi çagırdımız, danışdıgımız dilimizi elə anamız kimi sevmək, yaşatmaq və qorumaq hər şeydən öncə elə anamıza olan ən böyük borcumuzdan biridir.
Gəlin, ana dilimizi xalqımıza atalıq missiyasını xilaskarlıqla yerinə yetirən Heydər Əliyev kimi sevək!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173731

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930