Deputat Arzu Nağıyev şəhid ailələrini bayram sovqatı ilə təbrik edib
104 saylı Gədəbəy-Tovuz seçki dairəsin üzrə Milli Məclisin deputatı Arzu Nağıyevin adından Ramazan bayramı münasibətilə seçki dairəsi ərazisində yaşayan şəhid ailələrinə, aztəminatlı ailələrə N saylı hərbi hissənin hərbi qulluqçuları ilə birlikdə bayram sovqatı çatdırılıb.
Eyni zamanda Millət vəkilinin Ramazan bayramı münasibətilə şəhid ailələrinə səmimi təbrikləri çatdırılıb. Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib.
Qeyd edilib ki, xalqımıza sağlamlıq, hüzur, xoşbəxtlik, bolluq və bərəkət arzulayırıq, Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Görüşlərdə vurğulanıb ki, şəhid ailələri, qazilər, o cümlədən aztəminatlı ailələr təkcə bayramlarda deyil, hər zaman diqqət mərkəzində olmalıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=174396