“Lotu Quli” Kərəm Həsənov dostluğu: qalmaqallı otelin sirləri
Bu günlərdə Xural.tv rəhbəri Əvəz Zeynallının Azad Söz kanalında açıqladığı dəhşətli fakt bu mövzunu gündəmə gətirib və böyük müzakirələrə səbəb olub. Ə. Zeynallının sözlərinə görə “lotu Quli” adı ilə tanınan mərhum kriminal avtoritet Nadir Səlifovu hələ həbsdə olduğu dövrdən tanıyır və o zaman münasibətləri yaranıb. Ə. Zeynallı bildirib ki, “lotu Quli” ona bir məqalənin silinməsini xahiş edib. Jurnalist də cavabında deyib ki, kriminal avtoritet insana bir dəfə zəng edər və təbii ki, Ə. Zeynallı bu müraciəti hörmət-xətirlə qarşılayıb. Məlum olub ki, N.Səlifov ondan hazırda Prezidentin köməkçisi Kərəm Həsənovla bağlı gedən məqalə haqda xahiş edib. Ə. Zeynallı bunun səbəbini soruşanda “lotu Quli” deyib ki, Kərəm Həsənovla dostluq münasibətləri var. Jurnalistin bu çıxışı sosial mediada partlayış yaradıb. Təsəvvür edin ki, Prezidentin köməkçisi Kərəm Həsənov barəsində gedən yazıya görə nə Administrasiyanın ictimai – siyasi şöbəsinə, nə Mətbuat Şurasına demir, birbaşa kriminal avtoritetdən məsələnin həllini xahiş edir. Qəribədir, K. Həsənov dövlət rəhbərinin köməkçisi olduğu halda nə üçün özü haqda yazını “lotu Quli” vasitəsi ilə sildirmək istəyib? Prezidentin köməkçisinin “vor zakon” aləmi ilə nə kimi əlaqəsi var?
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda daha maraqlı faktlarla rastlaşdıq. Məlum olduğu kimi kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində yerləşən otellərin birində nahar etdiyi şəxs tərəfindən öldürülüb. Hadisə “Alva Donna Exclusive Hotel Spa” adlı turistik təsisdə baş verib. Adı çəkilən otel Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşir.
Short URL: http://www.cumhuriyyet.net/?p=174845