356 nəfərin adına maaş yazılıb – Vilyam Hacıyevin məhkəməsi

13.06.2022 - 16:21

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Cumhuriyyet.net-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənəndlərin tədqiqi davam etdirilib.

 

İcra hakimiyyətinin fəaliyyəti ilə bağlı keçirilən yoxlamalarla bağlı aktda qeyd edilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə 356 vətəndaşın adı DOST mərkəzinə işlə təmin edilən şəxs kimi yazılsa da, həmin şəxslər üzrsüz səbəblərdən işə çıxmayıb, adlarına əmək haqqı yazılıb. Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

 

Akta görə, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə 1 milyon manat vəsait köçürüldüyü halda, həmin məbləğlər. təyinatı üzrə xərclənməyib.

 

Bununla yanaşı, İmişli rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinin 118 min manat ayrılıb. Lakin, aparılan araşdırmalar zamanı bu məbləğlər düzgün xərclənməyib.

 

Aparılan tikinti işlərinə sərf edilən tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

 

Məsələyə etiraz edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, aktlardakı məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz.

 

Vəkil deyib ki, söhbət böyük məbləğlərdən gedir: “Mütəxəssisi ona görə bura dəvət etmək istəyirdim ki, bu rəqəmlərə aydınlıq gətirsin. Aşkarlanan mənimsəmə faktlarının konkretləşdirilməsi üçün anbarlara baxış keçirilməli, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib”.

 

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib. Proses iyunun 17-nə təyin olunub.

 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

 

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176679

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930