Qarabağ Zəfəri yeni mərhələnin başlanğıcıdır – Binəli Yıldırım

15.06.2022 - 14:49

Otuz il davam edən işğal sona çatıb, qədim Şuşa işğaldan azad olunub. Bu il birinci ildönümünü qəbul etdiyimiz, 2021-ci ildə ölkələrimiz arasında imzalan Şuşa Bəyannaməsi Türk dünyasında birlikdə iş görmənin önünü açan genişmiqyaslı bir sənəddir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırım Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan beynəlxalq konfransda çıxışında deyib.

O, iki ölkə arasındakı əlaqələrin maraq üzərində qurulmadığını, bunun qardaşlıq, dostluq əlaqələri olduğunu qeyd edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə ölkələrimiz arasındakı əlaqələri ən gözəl şəkildə ifadə ediblər.

“İndiyədək Azərbaycan-Ermənistan münaqişəsinə həll tapmaq istəyənlər problemin həlli deyil, səbəbi olmağa davam etdilər. Minsk qrupu münaqişənin diplomatik yollarla həll ediləcəyini desə də, Ermənistan tərəfinin təzyiqi ilə bu problemin həllinin uzadılmasına şərait yaratdılar”, – deyə B.Yıldırım qeyd edib.

O diqqətə çatdırıb ki, bu işin diplomatik yolla həll olunmayacağını görən Azərbaycan Prezidenti İlham Əliyevin əks-hücum əmri ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayıb. Müharibədən bir neçə gün əvvəl Azərbaycana səfər etdiyini deyən Binəli Yıldırım Azərbaycanın haqq yolunda olduğunu, Türkiyənin daim Azərbaycanın yanında dayandığını vurğulayıb.

“Qarabağ Zəfəri, eyni zamanda, Qafqaz regionunda və Türk dünyasında yeni mərhələnin başlanğıcıdır. Türk Dövlətləri Təşkilatı olaraq tarixi İstanbul zirvəsində “Türk Dünyası 2040” vizyonu qəbul edilib. Bununla da, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin arasında nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə çatışmazlıqların tamamlanması qəbul olunub”, – deyə B.Yıldırım bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930