“Elə sahə deyin ki, orada monopoliya olmasın” – Deputatlar arasında mübahisə

20.06.2022 - 16:26

“Azərbaycanda 3-4 sahədə inhisarçılıq ola bilər. Amma ümumilikdə monopoliya yoxdur”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.

“Əli Məsimli müəllim bildirdi ki, ölkədə monopoliya var. Konkret hansı sahələrdə inhisarçılıq var, onu demək lazımdır. Mən burada bəy tərifi ilə məşğul olmaq istəmirəm, amma ciddi dəyişikliklər var”, – deputat həmkarının çıxışına münasibət bildirib.

Deputat Əli Məsimli Rüfət Quliyevə cavab verib: “Rüfət müəllim, siz iqtisadiyyatın elə bir sahəsini deyin ki, orada monopoliya olmasın”.

Xatırladaq ki, deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında çıxış edərək ölkədə məmur monopoliyasının olduğunu, bunun Azərbaycan xalqına ziyan vurduğunu söyləyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177141

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930