Bu gün 37 dərəcə isti olacaq
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=177177