Tanınmış jurnalistin “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının- TƏQDİMATI – FOTOLAR

26.06.2022 - 09:54

İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində RİH-nin əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə mərhum Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunaraq gül dəstələri qoyulub.

Daha sonra ərazilərimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyə keçən hər kəsə minnətdarlıqlarını bildirib, “İsmayıllının Zəfər Şəhidləri” kitabının gələcək nəslin Vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyəti olduğunu vurğulayıblar.

Kitabın müəllifi Yusif Məhəmmədoğlu kitab haqqında məlumat verərək bildirib ki, “İsmayıllının Zəfər Şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda fəda etmiş İsmayıllı şəhidlərindən, onların keçdiyi şərəfli döyüş yolundan və qəhrəmanlıqlarından bəhs edilib.

Tədbir “Niyal” instrumental ansambılının konsert proqramı və məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlərlə davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=177510

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728