Çoxuşaqlı ailələr üçün ictimai nəqliyyat PULSUZ oldu
Rusiyanın paytaxtı Moskva şəhərində çoxuşaqlı ailələr – həm valideynlər, həm də onların 18 yaşına çatmamış uşaqları ictimai nəqliyyatdan pulsuz istifadə biləcəklər.
Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov qərar imzalayıblar.
Qərara əsasən, çoxuşaqlı ailələr Moskva şəhərində və Moskva vilayətində ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər.
Qeyd olunub ki, Moskvada 191 minə yaxın çoxuşaqlı ailə yaşayır. Onların hər birinə xüsusi kartlar təqdim olunacaq və bu kartlar vasitəsilə ictimai nəqliyyatdan istifadə etmək imkanı qazanacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=177810