77 yaşın zirvəsi: Azərbaycan ziyalısının Hüseynbala Mirələmov örnəyi

01.07.2022 - 10:19

Mətbuatda, sosial şəbəkələrdə və bəzi “Feysbuk” səhifələrində dünya siyasətçiləri, tanınmış adamlar, hətta xırda məmurlar haqqında belə, cürbəcür reytinqə, ictimai rəyə təsir edə bilən yazılar dərc olunur. Yazılar təriflə dolu da olur, obyektiv də, ədalət ortaya qoyulur, nə edəsən ki, qərəzli, təhrif olunmuş və bəzən etikadan kənar materiallara da rast gəlinir. Açıq cəmiyyətin çoxlu müsbət tərəfləri olduğu kimi, bu cür rəngarənglikləri də var. Belə debatlarda bəzən həqiqəti tapmaq çətinləşir. Bu hissləri xeyli vaxt yaşadıqdan sonra, mənim yaşımdan çox peşəkar siyasətdə və ədəbi ictimaiyyətdə təcrübəsi olan bu adam haqqında məqalə yazmaq qərarına gəldim. Seçdiyim şəxsiyyətin – Azərbaycan ədəbiyyatında, ictimai-siyasi həyatında özünəməxsus iz buraxmış Hüseynbala Mirələmovun bu günlərdə 77 yaşı tamam olur.
Onun tərcümeyi-halına, mənalı ömür yoluna nəzər salan hər kəs H. Mirələmovun çoxşaxəli və çoxçalarlı fəaliyyəti ilə diqqətçəkən və məsuliyyətli bir şəxsiyyət olduğunu bilir. Vaxtilə MDB məkanında yüz tanınmış direktordan biri kimi ad qazanmış bu bacarıqlı mühəndisin təşkilatçılığı, işgüzarlığı, əqidəsi siyasi lider Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin diqqətindən kənar qalmamışdır. Məhz İlham Əliyevin tövsiyəsiylə bir vaxt 625 nəfərlik Qaz Emalı zavaduna rəhbər vəzifəyə göndərilən Hüseynbala Mirələmov bu gün Bakının ən böyük rayonu olan Xətai rayonunda çoxminlik Yeni Azərbaycan Partiyasının rayon təşkilatına uzun illər sədrlik etdi…
Bu diqqət və qayğıya görə Hüseynbala Mirələmov öz əqidəsinə sadaqətini nümayiş etdirən bir silahdaş, həm də qələm sahibi kimi BÖYÜK VƏ ƏZƏMƏTLİ BİR NƏSLİN DASTANINI yazdı!
“Heydər Əliyev Azərbaycanın üzünə Avropanın qapılarını açdı…” deyən yazıçı ulu öndərin ideyalarının vurğunu və təbliğatçısı kimi “Amalın işığında”, “Həqiqət”, “Zəfər yolu”, “Bir günəş var”, “İşığın izi ilə”, “Millətin atası”, Moskvanın “Moladaya Qvardiya” nəşriyatında – dünyada ən çox oxunan “Görkəmli adamların həyatı” adlı bioqrafik seriyada “Heydər Əliyev”, İlham Əliyev”, “Zərifə Əliyeva” kitabları çap olunmuşdur.
Böyük şəxsiyyətlə və onun ailəsinə sonsuz sevgiylə qələmə alınan bu kitablar həm də Azərbaycan haqqında böyük və qiymətli ensiklopediyadır.  Artıq bəzi mənbələrdə “Heydərnamə” müəllifi kimi qeyd olunan Hüseynbala Mirələmovun şah əsəri Ümummilli liderimizin həyat və fəaliyyətini özündə əks etdirən əsərdir. Bu əsərdə qardaş qırğını ilə, parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın xilaskarının – Heydər Əliyevin surətinin yaradılması oxucu auditoriyası tərəfindən sevgi və sayqı ilə qarşılanır. Bu əsərdə oxuculara təqdim olunan Ümümmilli liderimizin surəti həm milli ictimai təfəkkürün, həm də bədii təfəkkürün işığında yaradıldığı üçün təkrarolunmaz surətdir. Yaralarından qan daman Azərbaycanın yaralarına məlhəm olan bir həyatın belə işıqlandırılması nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda da müəllifə uğur gətirmişdir. Bu əsər dünyanın hər yerində adı hörmətlə yad edilən Ümummilli liderimizə, onun siyasi xəttinə sadiq olan vətəndaşın sədaqətinin bariz nümunəsidir.
Bu gün hər hansı bir bədii əsərin və ya kitabın Azərbaycan cəmiyyətində səs-küy yaratması çox çətin bir işə çevrilib. Tələbkar zövqə malik və bir qədər də günümüzün sosial-iqtisadi problemləri məngənəsində sıxılan oxucunun diqqətini özünə yönəltmək hər yazıçıya qismət olmur. Bu baxımdan tam əminliklə demək olar ki, yazıçı-dramaturq Hüseynbala Mirələmov belə çətin bir işin öhdəsindən gələn ədiblərdəndir.
Hüseynbala müəllim həm də hər zaman bədii axtarışda olan və zəhmətkeş bir yazardır.
Müasirimizin əsərlərinin bu gün daha çox oxucu cəlb etməsinin bəlkə də əsas səbəbi onun gerçək həyatımızın ədəbi mənzərəsini bütün ziddiyyətləri ilə ədəbiyyatımıza gətirməsidir. Əsərləri istər respublikamızda, istərsə də bir sıra ölkələrdə müxtəlif mükafatlara layiq görülmüş Hüseynbala müəllimin siyasi publisistika yaradıcılığının zirvəsi adlandırıldığı Moskvanın məşhur “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” seriyasından nəşr olunan “Heydər Əliyev” əsəri artıq dünyanın bir çox dillərinə tərcümə olunub və çox böyük maraqla qarşılanıb. Bu seriyadan müəllifin “İlham Əliyev: tərcümeyi-hal davam edir” və “Zərifə Əliyeva” əsərləri də bu gün siyasi publisistikanın parlaq nümunələri kimi oxucuların dərin rəğbətini qazanıb.
Ümumiyyətlə, yazıçının hansı əsərinə müraciət edirsən et, burada real həyatla üzləşəcək, müasirinlə qarşılaşacaq, onun düşüncələrini, qənaətlərini bölüşəcəksən. H.Mirələmovun reallıqlardan yaranan ümumiləşdirmələri cəmiyyəti düşündürməyə məcbur edir, onu ağladır. Müəllifin ədəbi-bədii yaradıcılığının əsas mövzularından olan Qarabağ dərdi, ağrısı təkcə “Xəcalət”də, “Güllənmiş heykəllərin fəryadı”nda, “Dağlarda atılan güllə”də və “Yanar qar”da yox, digər əsərlərdə də geniş əks olunur. Yazıçı təkcə bu dərdi, ağrını bizə xatırlatmır, milləti müqəddəs torpaqlarımız uğrunda cihada, müqəddəs savaşa çağırır. Bu müqəddəs savaşı aparıb zəfərlə başa çatdıran nəsil məhz Mirələmov ədəbi nümunələrinin təsiri ilə böyüdü.
Tanınmış ictimai-siyasi xadim, görkəmli alim, çağdaş ədəbiyyatımızı təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da ləyaqətlə təmsil edən Hüseynbala Mirələmov gözəl nasir və səriştəli publisist olmaqla yanaşı, həm də əsərləri teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulan, tamaşaçı rəğbəti qazanan dramaturqdur. Hekayə, povest, roman və publisistik əsərlərində olduğu kimi, dram əsərlərində də H.Mirələmovu düşündürən əsas problem Azərbaycan xalqının varlığı, birliyi, müstəqilliyi və özgürlüyü məsələsidir.
İstər tarixi, istərsə də müasir mövzularda yazdığı dram əsərlərində biz yazıçını daima xalqın, millətin istək və arzularının, adət-ənənələrinin, duyğu və düşüncələrinin tərcümanı kimi görürük. O, idealına sadiq qalmış, milli dəyərlərimizin təcəssümü olan ümumbəşəri məsələlərə dramaturgiyasında daha çox yer ayırmaqla, təkcə Azərbaycanın deyil, eyni zamanda dünyanın problemləri ilə yaşayan bir yazıçı olduğunu bir daha sübut etmişdir.
Onun qələmindən çıxan, mətbuatda mütəmadi olaraq işıq üzü görən hekayələri, esseləri, povestləri, romanları, dram əsərləri, publisistik məqalələri inandırıcı duyğuların, həyati düşüncələrinin, qəlbdən gələn həqiqətlərin təcəssümüdür.
Hüseynbala Mirələmovun əsərlərini diqqətlə oxuyanda bir həqiqət duyulur: müəllif yazmaq üçün mövzu düşünmür, gündəlik həyatımızda cərəyan edən hadisələr onun yazıçı təxəyyülündən yan ötmür. Ona görə də səmimilik yazıçının hər bir əsərinin ruhuna hopmuşdur. Ümumiyyətlə, Hüseynbala Mirələmovun yaradıcılığı çoxşaxəlidir və onun əsərləri məhdud mövzu çərçivəsində deyil. O, geniş diapazona malik bir yazıçıdır. Şübhə yoxdur ki, biz oxucular həyatının və yaradıcılığının ən məhsuldar, ən qaynar mərhələsini yaşayan Hüseynbala müəllimin yaxın gələcəkdə hələ neçə-neçə gözəl əsərləri, neçə-neçə ədəbi qəhrəmanları ilə tanış olmaq imkanı əldə edəcəyik.
Hansı janrda, hansı həcmdə yazmasından asılı olmayaraq Hüseynbalanın qələmi də zəhməti kimi doğma torpağa, doğma yurda bağlıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177833

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930