Polis Günü Şuşada qeyd edilib – FOTO

02.07.2022 - 14:00


2 iyul – Polis Günü münasibəti ilə Şuşa şəhərində tədbir keçirilib.

Şuşa Rayonu Polis Şöbəsində baş tutan tədbirdə vaxtı ilə şəhərdə işləmiş veteran polis işçiləri də iştirak ediblər.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tədbir iştirakçılarını peşə bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları daim vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq nümunələri göstərib. Bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirir.

Tədbirin sonunda polis əməkdaşlarına növbəti rütbələr və veteran polis əməkdaşlarına fəxri fərmanlar təqdim olundu.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177891

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031