“Sahil-S İnşaat”ın aldatdığı sakinlər etiraza qalxır:Prezident Adminstrasiyası qarşına toplaşacaqlar

04.07.2022 - 09:43

Yeni Günəşlidə Sahil – S İnşaat” MTK-nin yol verdiyi dələduzluq haqda mətbuatda çox yazılıb. Məlumat üçün bildirək ki, şirkətin tikdiyi qalmaqallı bina Yeni Günəşli qəsəbəsi, AB massivində yerləşir. 200-ə yaxın ailə “Sahil S İnşaat” MTK ilə müqavilə bağlayıb mənzillər alıb, kimisi ilkin ödəniş edib kredit verib, kimisi nağd alıb və bu qədər insan, onların ailələri, övladları sevinib ki, nəhayət, kirayə həyatı bitir, öz şəxsi evləri olacaq. Ancaq necə deyərlər, sən saydığını say, gör Taley Alaverdiyevlə şəriki Pənah Kərimov nə sayır… Ələduzluq nəticəsində 200-ə yaxın ailəni aldadıb. Firmanın rəhbəri Taley Alaverdiyevlə şəriki Pənah Kərimov, o cümlədən onların yan-yörəsində dolaşan “makler” şəbəkəsi bu fırıldağın başında dayanırlar.
Nəticədə 200-ə yaxın ailə nağd və ya kreditlə aldığı mənzillərinə sahiblənə bilmir. Səbəb isə çox sadə dələduzluq faktıdır – bir mənzil müqavilələrlə bir neçə nəfərə satılıb. İndi nə ev, nə pul var, nə bina tikilib başa çatır. Düzdür, “Sahil S İnşaat” MTK-nın rəhbər şəxsləri barəsində cinayət işi açılıb, T.Allahverdiyev və P.Kərimov həbs edilib amma vətəndaşların evlə təmin edilməsi istiqamətində heç bir irəliləyiş yoxdur.
Aldadılan vətəndaşların nümayəndəsi, Anaxeber.info saytının baş redaktoru Azər Talıbov bildirib ki, problemlərinin həlli üçün Prezident Adminstirasıyası qarşısında etiraz aksiyası keçirəcəklər:”Bizi aldadaraq bir mənzili 4-5 adama satmış şirkətin rəhbəri həbs olunsa da, problemlərimiz hələ də qalmaqdadır. Bizim əsas xahişimiz budur ki, dövlət bu işə qarışsın, məsələni himayəsinə götürsün, mənzil alan bütün sakinləri, aldadılmış vətəndaşları bu binada mənzillə təmin etsin, ədalət öz yerini tapsın. Dövlət bu işə əl qoymalıdır. 200 ailənin haqqı pozulub. Biz çox şey istəmirik: bina tam tikilsin, mənzillər bölüşdürülsün, heç kəs kənarda qalmasın. Əgər dövlətin himayəsi olarsa, tez bir zamanda problemlər bitər. Artıq səbrimiz tükənir, illərdir ki, bu iş uzanır. İndi də istintaqın başa çatmasını, məhkəmənin qərar verməsini gözləməyə hövsələmiz qalmayıb. Onlar cəzasını alacaqlar, amma bizim binanın problemləri də qalmaqdadır. Buna görə Prezdent Adminstrasiyası qarşısında etiraz edib haqqımızı tələb edəcəyik”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177932

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031