Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcək.
Cumhuriyyet.az xəbər verir ki, bu məsələyə Milli Məclisin iyulun 8-də keçiriləcək iclasında baxılacaq.
Belə ki, iclasın gündəliyinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=178032