“Yeni Müsavat”ın baş redaktoru İSTEFA VERDİ

06.07.2022 - 12:51

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan tutduğu vəzifədən istefa verib.

Cumhuriyyet.az-ın məlumatına görə, bu barədə Azər Ayxanın özü bildirib:

“”Yeni Müsavat” Media Qrupu ilə yollarımı ayırdım. “Yeni Müsavat”ın baş redaktoru vəzifəsindən istefa verdim.

Bəzən yaranan fikir ayrılıqları, mübahisələr bir tərəfin getməsi ilə daha asan həllini tapır. Qalıb dirəşmək, üz-göz olmaq çıxış yolu deyil. Əksinə, bu, durumu daha da gərginləşdirir. Anlaşa bilmirsənsə, uzaqlaşacaqsan. Yanlış qərarların verilməsinin qarşısını ala bilmirsənsə, yapacaq bir şey qalmır – gedəcəksən. Əlverişiz mənəvi-psixoloji mühit insanı usandırır, enerjisini alır və yorur.

Maddi itkilərə rəğmən imtina edə bilmək və zamanında çəkilmək insanı ərdəmli qılar, hörmətli tutar. Ən əsas, öz gözündə yüksəldər.

Bir müddət istirahət edəcəm. Sonrasına sonra baxacağıq”.

Qeyd edək ki, Azər Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır. O, uzun illərdi ki, bu qəzetin rəhbərliyində çalışırdı.

Azər Ayxan “Yeni Müsavat” qəzetindən əvvəl “7 Gün” və “Müxalifət” qəzetlərində çalışıb. 2005-ci ilin yanvarında “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini təyin olunub. Daha sonra “Yeni Müsavat” Media Qrupunun rəhbəri tərəfindən baş redaktor vəzifəsinə gətirilib.

A.Ayxan 2015-ci ildə Müsavat Partiyasının üzvülüyündən də istefa verib. O, ölkə başçısının sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=178070

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728