Kibercinayət tərkibli əməllərin sayı artıb – DTX

08.07.2022 - 16:49

“Son zamanlar informasiya texnologiyalarının inkişafı kibercinayət tərkibli əməllərin sayını artırıb”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə keçirdiyi brifinqdə DTX nümayəndəsi Günel Hüseynova deyib.

O qeyd edib ki, “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında araşdırmalar aparılıb:

“Araşdırmalarla təsbit edilib ki, həmin şəxslər qabaqcadan əlbir olub, ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş, bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.

“Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30 mart 2022-ci ildə keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=178209

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728