Ermənistanda hələ də 50 hərbçinin cəsəd qalıqları ortalıqda qalır
Ermənistan Səhiyyə Nazirliyinə hökumətin Ehtiyat Fondundan 44 günlük müharibədə ölən hərbçilərin meyitlərinin və qalıqlarının DNT analizi xərclərini ödəmək üçün 31,1 milyon dram ayrılacaq.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan Nazirlər Kabineti qərar qəbul edib.
Qərar layihəsində bildirilib ki, 2020-ci ilin oktyabr ayından sonra Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertizası Elmi-Praktiki Mərkəzi”də çoxlu sayda tanınmaz halda olan bədən və qalıqlar müəyyən edilib. Nəticədə naməlum sayılan hərbçilərin meyitləri və qalıqlarınin kimliyini müəyyən etmək çətinləşib.
Qeyd edilib ki, 100 mürəkkəb sümük nümunəsi DNT-nin identifikasiyası üçün İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyaya – ICMP-yə göndərilib. İşlər USAID-in maliyyə dəstəyi ilə həyata keçirilir.
“Hollandiyaya isə 50 sümük toxuması nümunəsinin göndərilməsi zərurəti yaranıb”, – qərar layihəsində deyilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=178432