Azərbaycanlıların ən çox səfər etdiyi ÖLKƏLƏR
Bu ilin yanvar-iyun ayları ilə Azərbaycandan xaricə 680,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox ölkə vətəndaşı gedib.
Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 47,6 %-i Türkiyəyə, 15,7 %-i Rusiyaya, 13,3 %-i İrana, 8,1 %-i Gürcüstana, 15,3 %-i digər ölkələrə səfər edib.
Onların 65,9 %-ni kişilər, 34,1 %-ni isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedənlərin sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2 dəfə, Rusiyaya gedənlərin sayı isə 29,1 % artıb.
Xaricə səfər etmiş Azərbaycan vətəndaşlarının 55,4 %-i hava, 42 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=178725