Ermənistanın müdafiə naziri yenə Azərbaycanla sərhədə gəldi

20.07.2022 - 16:16

Ermənistanın müdafiə naziri Suren Papikyan iyulun 20-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müşayiəti ilə ikinci ordu bölməsinə baş çəkib.

Cumhuriyyet.az  Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazir ikinci ordu bölməsinə tabe olan hərbi hissələri gəzib, arxa təminatın işi, qoşunların döyüş hazırlığı prosesi ilə tanış olub. Suren Papikyan hərbi hissənin komandanlığı ilə şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və hərbi hissələrin tikinti şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra məsələləri müzakirə edib.

Daha sonra müdafiə naziri sərhəd zonasında döyüş mövqelərini gəzmək, ön xətdə təchizat işlərini izləmək üçün şərq bölgəsinə səfər edib.

Qoşun komandiri cəbhə xəttində görülən tikinti və möhkəmləndirmə işləri, şəxsi heyətin təhlükəsizliyinə yönəlmiş tədbirlər barədə nazirə məlumat verib. Müdafiə naziri əmin edib ki, cəbhə bölgəsinin təhlükəsizliyi ilə bağlı bütün məsələlər lazımi qaydada araşdırılaraq öz həllini tapacaq.

Döyüş növbətçiliyində olan zabit və hərbi qulluqçularla söhbətlər zamanı nazir silahlı qüvvələrdə başlanmış islahatlardan, hərbi qulluqçuların sosial müdafiəsi ilə bağlı proqramlardan da danışıb, bu məsələlərin ölkənin hərbi-siyasi qurumlarının daim diqqət mərkəzində olduğunu bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=178973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728