Salyan gəncləri üçün “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib

24.07.2022 - 12:11

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyində “İnkişafa mərkəzdən başla!” layihəsi çərçivəsində “Ünsiyyət bacarıqları” adlı təlim keçirilib.
Beynəlxalq təlimçi Aynur Tağıyeva gənclərə “Ünsiyyətin növləri və funksiyaları”, “Ünsiyyət informasiya mübadiləsi kimi”, “Verbal və qeyri-verbal kommunikasiya”, “Psixoloji məsafənin zonaları”, “Ünsiyyət qarşılıqlı təsir kimi”, “Ünsiyyət insanın bir-birini qavraması və anlaması kimi”, “Fiziki və sosial sima”, “Oreol və Yenilik effekti”, “Ünsiyyətin tərzləri”, “Ünsiyyət çətinlikləri və onların aradan qaldırılması”, “İnamlı ünsiyyət” və “Ünsiyyətdə empatiya” mövzuları haqqında məlumat verib.
İnteraktiv keçən təlimdə gənclər inadlı, passiv və aqressiv ünsiyyət haqqında komanda işi edib. Komanda işində gənclər müxtəlif situasiyalara ünsiyyətin tərzlərini yansıdaraq təqdimat hazırlayıb və səhnələşdiriblər.
Sonda təqdimatlar haqqında fikir mübadiləsi aparılıb və gənclər təlim haqqında fikirlərini bölüşüblər.
Layihənin məqsədi region gənclərinin şəxsi inkişafına töhfə verməkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=179314

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930