Ramin Musayev vəzifəsindən istefa verdi
Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən istefa verib.
Cumhuriyyet.az Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb.
R.Musayev bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşəcək. Yaxın saatlarda bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, Ramin Musayev 2008-ci ildən PFL-in prezidenti vəzifəsində çalışırdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=179655