Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi Şuşaya gələcək

30.07.2022 - 13:14

Mirzə Ələkbər Sabirin ABŞ-da yaşayan nəticəsi, tanınmış jurnalist Gündüz Tahirlinin qızı Türkan Tahirli Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Cumhuriyyet.az-a verilən məlumata görə, komitə və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək Diaspor Gənclərinin Yay Düşərgəsinə seçilənlər arasında olması böyük şairimizin nəticəsini çox sevindirib.

“İşğaldan azad olunan torpaqlarımıza getmək və hər şeyi öz gözlərimlə görmək mənə verilən ən böyük fürsətdir. Bu, mənim üçün düşərgənin ən önəmli və maraqlı tərəfidir. Bunu dəyərləndirmək istəyirəm. Mənim kimi xaricdə yaşayan, başqa ölkələrin vətəndaşları olan azərbaycanlılarla görüşmək, tanış olmaq, vaxt keçirmək maraqlıdır və bunu çox istəyirəm” – deyə T.Tahirli deyib.

Qeyd edək ki, Türkan Tahirli 2014-cü ildən ailəsi ilə birlikdə ABŞ-a köçüb. George Mason Universitetinin məzunudur.

Short URL: http://www.cumhuriyyet.net/?p=179736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728