5 milyon mənimsəyən sabiq başçı bəraət istəyir

01.08.2022 - 12:26

Cəlilabad rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Namiq Zeynalov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Cumhuriyyet.az-ın məlumatına görə, keçmiş icra başçısı Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilən şikayət ərizəsində bəraət istəyib.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Namiq Zeynalov verilmiş ittihamlarla təqsirli bilinərək 12 il azadlıqdan məhrum olunub. Hökmə əsasən sabiq icra başçısının üzərinə həbs qoyulmuş əmlakları da dövlət nəfinə müsadirə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=179834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728