Prokurorluq azadlığa çıxan məmurla bağlı protest verdi

01.08.2022 - 12:31

Bəzi sosial şəbəkə və media səhifələrində Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavininə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılıb.

Məsələ ilə bağlı Baş prokurorluqdan Cumhuriyyet.az-a bildirilib ki, Departamentin sabiq direktor müavini Rafiq Əzizovun işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğunub.

Bu səbəbdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilən məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilib.

İyulun 27-də dövlət ittihamçısı tərəfindən Cinayət Məcəlləsinin 70-ci maddəsinin əsassız tətbiq edilməsi əsası ilə apellyasiya protesti verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=179836

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728