Şəhidimiz son mənzilə yola salınır

04.08.2022 - 11:37

Avqustun 3-də Laçında şəhid olan Azərbaycan Ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlunun nəşi ailəsinə təhvil verilib.

Cumhuriyyet.az xəbər verir ki, hazırda şəhidlə doğulduğu Şəmkir rayonunun Qaracəmirli kəndində vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutublar. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=180085

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728