Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə BAŞLADI

04.08.2022 - 12:25

Ermənistan Laçına alternativ yolun tikinti işlərinə başlayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə hökumətin iclasından əvvəl jurnalistlərlə açıqlamasında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib.

“Texnikalar işləyir, yol çəkilir. Biz onu üç yerə bölmüşük, fəal işləyirik. Yolun tikintisi yaza qədər başa çatacaq”,- nazir bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Lakin Laçın şəhəri və bir neçə yaşayış məntəqəsi dəhlizə düşdüyü üçün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında qalıb.

Azərbaycan hökuməti Laçının mərkəzindən yan keçən yeni yol çəkib. Yolun uzunluğu 32 kilometrdir. Ermənistan tərəfindən çəkiləcək yolun uzunluğu isə 4 kilometr təşkil edir. Yeni yol dəhliz kimi istifadə olunacaq. Bundan sonra Laçın şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031