Şərqi Zəngəzur üzrə Müşahidə Şurasının ilk iclası keçirildi

04.08.2022 - 23:32

Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının avqustun 4-də ilk iclası keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri – iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov iştirak ediblər.

Müşahidə Şurasının sədr və üzvlərinin təyin olunması ilə əlaqədar Prezident İlham Əliyevə minnətdarlığını bildirərək iclası açan Vahid Hacıyev onlara olan etimadı doğruldacaqlarını qeyd edib. İclasda xüsusi olaraq artıq öz doğma yurd-yuvalarına qayıdan Ağalı sakinlərinin vəziyyəti və sonrakı mərhələlərdə köçürüləcək əhalinin qayıdışının və rifahının tam təmin edilməsi vurğulanıb.

Daha sonra iqtisadi rayondakı mövcud vəziyyət, yeni yaradılmış publik hüquqi şəxsin fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və hədəflər ətraflı müzakirə edilib. Müşahidə Şurasının sədri xidmətin fəaliyyətinin vaxtında, düzgün, şəffaf təmin olunması, eləcə də gələcəkdə görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Sonda növbəti iclasın tarixi müəyyən edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031