“Qisas” əməliyyatında yaralanan ermənilərdən XƏBƏR VAR

11.08.2022 - 11:15

Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin hərbçilərimizə qarşı törətdiyi terror-təxribatına cavab olaraq keçirilən “Qisas” əməliyyatı zamanı xəsarət alan erməni əsgərlərinin vəziyyəti açıqlanıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri (üz, bud, döş qəfəsi və s.) alan 19 hərbi qulluqçudan yeddisinin vəziyyəti qənaətbəxş, birinin orta ağır, digərinin isə stabildir.

Qeyd edək ki, avqustun 3-də Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=180476

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728