Erməni deputatlar Qarabağa gəliblər – TƏXRİBAT

11.08.2022 - 19:34

Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb.

Cumhuriyyet.az xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzet yazır ki, müxalifət deputatları “Laçın dəhlizi”ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər.

Çünki rusiyalı hərbçilər bir müddət əvvəl erməni jurnalistlərin sərhədi keçib Qarabağa girməsinə icazə verməmişdilər.

“Hraparak” erməni deputatların artıq sərhədi keçdiklərini yazıb.

“Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, onlar Ağavnoya (Laçının Zabux yaşayış məntəqəsində qanunsuz salınmış qəsəbə-red.) yaxınlaşırlar”, – “Hraparak” yazıb.

Qəzet erməni deputatların Qarabağ səfərilə bağlı əlavə məlumat yayacağını vəd edib.

Qeyd edək ki, “Hayastan” blokunun lideri Ermənistanın ikinci prezidenti Robert Köçəryandır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=180504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930