Mərkəzi Bankda bu komitələr birləşdirildi

12.08.2022 - 17:54

Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin adı dəyişdirilib.

Cumhuriyyet.az xəbər verir bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, komitənin adı “Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi” olaraq müəyyən edilib.

Qeyd edək ki, Pul Siyasəti və Maliyyə Sabitliyi Komitəsi pul və məzənnə siyasətinin işlənməsi və həyata keçirilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində mərkəzi bankın struktur bölmələrinin operativ fəaliyyətinin tənzimlənməsini və koordinasiyasını təmin edən kollegial orqandır. Komitəyə Mərkəzi Bankın Sədri rəhbərlik edir. Komitənin üzvləri Mərkəzi Bankın pul, məzənnə və maliyyə sabitliyi siyasətinin işlənməsi və həyata keçirilməsində bilavasitə iştirak edən blokların rəhbərləridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=180572

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728